"Şalke"dən "Milan"a
"Milan" "Şalke"nin futbolçusu Malik Tiavı transfer edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İtaliya mətbuatı "Milan"ın bu transfer üçün 5 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, M.Tiav ötən mövsüm Almaniya 2-ci liqasında 31 oyunda 2 qol vurub.