"Şamaxı"da növbəti ayrılıq
Daha bir futbolçu "Şamaxı"nı tərk edib.
Sportline.az xəbər verir ki, müqaviləsi başa çatan Şəhriyar Əliyev bölgə klubundan ayrılıb.
Milli komandanın da üzvü olan təcrübəli müdafiəçi 2020-ci ildən bu komandanın şərəfini qoruyurdu.
Karyerası ərzində "Kəpəz", "Sumqayıt", "Qarabağ" və "Bakı"da oynayan 29 yaşlı oyunçunun bir neçə klubdan təklif aldığı bildirilir.