"Şamaxı"dan ayrılan futbolçu "Kəpəz"də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi bu dəfə Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq “Şamaxı”da çıxış edən Rafael Məhərrəmli ötən mövsüm Misli Premyer Liqasında 16 oyun keçirib.

Banner