"Şamaxı"nın formasında dəyişiklik

"Şamaxı" futbol klubunun geyim formalarında yalnız loqo dəyişikliyi olacaq.

Sportline.az xəbər verir ki, klubun titul sponsoru və rəngləri əvvəlki kimi qalıb.

Ev oyunları üçün qırmızı, səfər matçları üçün ağ forma nəzərdə tutulub.

Qeyd edək ki, komanda yeni adla ilk oyununu aprelin 9-da Şamaxı şəhər stadionunda "Neftçi"yə qarşı keçirəcək.

XXII turun qarşılaşması saat 14:00-da başlanacaq.