Şehiçin Şuşa paylaşımı

“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç bir paylaşımla diqqətləri özündə cəmləşdirib. Sportline.az xəbər verir ki, o, facebook səhifəsində etdiyi maraqlı paylaşımla yadda qalıb.

Şehiç komanda yoldaşı Elvin Yunuszadə ilə birlikdə “Atletiko” ilə matçdan sonra bir-birini təbrik edərkən çəkilən şəklin fotoşopda işlənmiş versiyasını paylaşıb. Fotoda onların Şuşa qalasına doğru irəlilədiyi əks olunub.