Şəhid Rəşad Babayevin xatirəsinə həsr olunan cüdo yarışı keçirildi

Şəhid Rəşad Babayevin xatirəsinə həsr edilən cüdo turniri təşkil edilib.

Sportline.az xəbər verir ki, açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himni səsləndirilib. Ardınca şəhid cüdoçu Rəşad Babayevin ailə üzvləri çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Uşaq və yeniyetmələr arasında keçirilən yarış böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən 500-ə yaxın idmançı mükafatlar uğrunda bacarığını nümayiş etdirib.