Şəhriyar və Teymur mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycanın 1 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov (2575 xal) 10-cu pillədə qalıb. Teymur Rəcəbovun da mövqeyi dəyişməzdir. O, yenə 2747 xalla 15-ci yerdədir.
Qədir Hüseynov isə (2661 xal) 85-ci pillədə qərarlaşıb. Bundan əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2792 xal) 3-cüdür.
Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə (2473 xal) 21-ci sırada qalıb. Ülviyyə Fətəliyeva (2408 xal) 45-ci, Gülnar Məmmədova (2382 xal) 73-cü, Xanım Balacayeva (2379 xal) isə 75-cidir.