Şevçenko koronavirusdan qurtuldu

İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Andrey Şevçenko koronavirusdan sağalıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, ukraynalı mütəxəssisin koronavirus testinin nəticəsinin müsbət olduğu bildirilib.

Şevçenko A Seriyasının 20-ci turunun bu gün keçiriləcək “Sassuolo” – “Cenoa” matçında komandasının yanında olacaq.