Şeydayevlə Mədətov Rəşad Sadıqovun sərəncamında
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə daha 4 futbolçu qoşulub.
SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyev Rəşad Sadıqovun sərəncamına verilib.