Şeydayevlə Ozobiç "Qarabağ"dan getdi - RƏSMİ
"Qarabağ" klubu Ramil Şeydayev və Filip Ozobiçlə rəsmi olaraq vidalaşıb.
Sportline.az xəbər verir ki, hər iki futbolçunun müqavilə müddəti uzadılmayıb.
Klub futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.