Şlotterberqin adı İngiltərə nəhəngi ilə hallanır

"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq "Liverpul"un diqqət mərkəzindədir.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, Mersisayd təmsilçinin rəhbərliyi 26 yaşlı stopperi çox bəyənir.

N.Şlotterberq bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 2 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü ilə "Real Madrid", "Barselona" və "Bavariya" klublarıda yaxından maraqlanır.