Şok açıqlama: "Qadın olduğumuzu sübut etmək üçün cinsi orqanımızı həkimlərə göstərmişdik"

İsveçli futbolçu Nilla Fişer 2011-ci il dünya çempionatından əvvəl cinsi orqanlarını həkimlərə necə göstərməyə məcbur olduqlarını danışıb.

Sportline.az xəbər verir ki, İsveç millisinin keçmiş futbolçusu Nilla Fişer 2011-ci ildə Almaniyada keçirilən qadınlararası dünya çempionatında qadın olduqlarını sübut etmək üçün həkimlərə soyunub "cinsiyyət orqanlarını göstərməyə" məcbur edildiyini bildirib.

“Bizə dedilər ki, yaxın günlərdə cinsiyyət orqanlarımızı həkimə göstərəcəyik. Biz bizə deyilənləri etdik və “Bu necə oldu?” deyə düşündük. Eyni zamanda, heç kim dünya çempionatında oynamaq imkanını təhlükəyə atmaq istəmirdi. Nə qədər qəribə və alçaldıcı olsa da, sadəcə olaraq bu işi etməli olduq” – Fişer yeni kitabında qeyd edib.

Banner