"Ştutqart" "Çelsi"nin futbolçusunu icarəyə götürmək istəyir

Almaniya klublarından "Ştutqart" "Çelsi"nin hücumçusu Omari Hatçinsonu icarə əsasında heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

20 yaşlı futbolçu ötən mövsümü "İpsviç Taun"da keçirib.

Qeyd edək ki, yamaykalı hücumçu Çempionşipdə çıxış etdiyi 44 oyunda 10 qol vurub, 5 asist edib.