"Soçi" Argentina klubunu böyük hesabla məğlub edib

"Soçi" klubu Sankt-Peterburqda keçirilən Yay Kukoku turnirində Argentinanın "Tallares" komandası ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş Rusiya təmsilçisinin 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Soçi"nin qələbə qollarını Martin Kramariç, İlya Safronov, Daniil Martovoy, Vladislav Levin və Ruslan Bart vurub.

Qeyd edək ki, 4 komandadan ibarət olan turnirin digər oyununda "Zenit" bu gün saat 20:30-da "Srvena Zvezda" ilə qarşılaşacaq.