Son 2 matçda xal itirən “Siti” “Fulhem”ə qarşı

Bu gün İngiltərə Premyer Liqasında 7-ci tura start verilir.

Sportline.az xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Fulhem”lə qarşılaşacaq. “Şəhərlilər”in heyətində Natan Ake,Kevin De Brüyne, Rodri və Oskar Bob zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. “Fulhem”də isə Jorje Kuenka və Karlos Vinisius əsas itki sayılır.

Qeyd edək ki, “Mançester Siti” – “Fulhem” matçı bu gün saat 18-də start götürəcək. Oyunu Piter Bankes idarə edəcək.