Son "Mançester Yunayted"ə transfer olacaq?
"Tottenhem"in cənubi koreyalı futbolçusu Hın Min-Son mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Sonu transfer etmək üçün hərəkətə keçib.
32 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Sonun "Tottenhem"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 35 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.