"Spartak" seneqallı oyunçu ilə yollarını ayırıb

"Spartak" hücumçusu Keita Baldenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Sportline.az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı seneqallı futbolçu 2022-ci ilin yayında "Kalyari"dən transfer olunmuşdu.

Futbolçu ötən mövsümü icarə əsasında "Espanyol"da keçirib və 24 oyunda 1 qol vurub.

Qeyd edək ki, Spartakın heyətində 19 oyunda 4 qol ilə çıxış edən Balde daha əvvəl "Monako", "Sampdoriya", "İnter" və "Latsio"nun uğurları üçün çalışıb.