"Sportinq" heyətini bosniyalı qapıçı ilə gücləndirib

Polşanın "Rakov" klubunun qapıçısı Vladan Kovaçeviç karyerasını Portuqaliyada davam etdirəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Sportinq" Lissabon 26 yaşlı qapıçını 6 milyon avro qarşılığında heyətinə cəlb edib.

Müqavilə 2028-ci ilə kimi imzalanıb.

Qeyd edək ki, Kovaçeviç 2021-ci ildən "Rakov"un şərəfini qoruyur.

O, Polşa çempionatında 2021-2022 və 2022-2023 mövsümünün ən yaxşı qapıçısı seçilib.
,