"Sportinq"i "Çelsi"yə dəyişir
"Sportinq"in afrikalı futbolçusu Usman Diomande karyerasını İngiltərədə davam etdirəcək.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Diomandeni transfer etmək üçün hərəkətə keçib.
21 yaşlı futbolçunun hazır ki dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Diomande cari mövsüm çıxış etdiyi 31 oyunda 1 qolla yadda qalıb.
Onun "Sportinq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.