"Sportinq"i "Mançester Yunayted"ə dəyişir

"Sportinq"in portuqaliyalı futbolçusu Geovani Kuenda "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Portuqaliya klubu isə Kuenda üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, 17 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 40 matçda 2 qol və 7 asistlə yadda qalıb.