"Standart vəziyyətlərə hazırıq" - Rüfət Dadaşov
"Bu iki oyunun nə dərəcədə vacib olduğunu bilirik. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları ilə ev oyunundan öncə deyib.
27 yaşlı hücumçu rəqibi analiz etdiklərini bildirib: "Bizdə də başla yaxşı oynayan oyunçular var. Bunun üzərində məşq etmişik. Standart vəziyyətlərə hazırıq".
R.Dadaşov qol vuracağına dair heç kəsə söz vermədiyini söyləyib: "Qol vurmaq mənim işimdir. Farer adaları və Kosovo ilə son iki oyunda kimin qol vurması önəmli deyil. Əsas odur ki, qalib gələk".