Stanislav Çerçesov Qazaxıstan millisi ilə ilk oyununa çıxıb

Qazaxıstan millisi yeni baş məşqçisi Stanislav Çerçesov ilə ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda Millətlər Liqasının ilk turunda Norveçlə qarşılaşıb.

Almatı şəhərində keçirilən görüş 0-0 hesabı ilə nəticələnib. 

Qeyd edək ki, bu qrupun digər oyununda Avstriya və Sloveniya seçmələri üz üzə gələcəklər.Matç bu gün saat 22:45-də başlayacaq.