Sterlinq matç-revanş istəyir
UFC-də yüngül çəki üzrə sabiq çempion Alcaymen Sterlinq həmyerlisi Şon Omelli ilə təcili matç-revanş tələb edir.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, o, bunu döyüşsonrası mətbuat konfransında bildirib.
Qeyd edək ki, son döyüşün ikinci raundunda Omelli Sterlinqə texniki nokautla qalib gəlib.
Alcaymen 2021-ci ildən yüngül çəkidə kəmərin sahibi idi.