Stolüstü tennisçilər Berlin və Havirov sınaqlarında
Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar.
ASTF-dən Sportline.az-a verilən məlumata görə, bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.
Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlin, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirov sınaqlarında bacarığını göstərəcək.
Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.