“Suares Avropanın ən yaxşı mərkəz hücumçusudur”

“Atletiko”nun prezidenti Enrike Sereso komandanın futbolçusu Luis Suares haqqında danışıb.

Sportline.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, 33 yaşlı uruqvaylını Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etdiyini deyib:

“Suaresi həmişə Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etmişik. Onu yanımızda gördüyümüz üçün çox xoşbəxtik. Klubdakı hər kəs Suaresin burada olmasından məmnundur”.

Qeyd edək ki, Suares 2020-ci ilin sentyabr ayında “Barselona”dan “Atletiko”ya keçib. O, bu müddət ərzində 12 qola imza atıb.