"Sumqayıt" Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb
“Sumqayıt” Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da, “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.