"Sumqayıt" baş məşqçisizdir
"Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov hələ də komanda ilə məşqlərə qatıla bilmir.
Sportline.az xəbər verir ki, 40 yaşlı mütəxəssis dünənə kimi hazırlıq proseslərinə qoşulmayıb.
Klubdan bildirilib ki, koronavirus testinin nəticəsi mənfi çıxsa da, Abbasov xəstəliyi ağır keçirir.
Qeyd edək ki, Ayxan Abbasov dekabrın 23-də xəstələnib. Komandanı məşqlərə köməkçi məşqçi Elnur Çodarov çıxarır.