"Sumqayıt" I Divizion klubuna qalib gəldi

Təlim-məşq toplanışı keçən "Sumqayıt" növbəti yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib I Divizion klubu "Qaradağ Lökbatan" olub. 

Qarşılaşma "kimyaçılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Azər Salalı, Amil Yunanov və Camal Camalov qolları "Sumqayıt"a qələbə qazandırıb.