“Sumqayıt” klubunun ev oyunlarını 51516 azarkeş izləyib

“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ev oyunlarını ümumilikdə 51516 azarkeş izləyib.

Sportline.az klubun mətbuat xitmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ev matçlarından 9-nu “Kapital Bank Arena”da, 9-nu isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Orta hesabla 2862 azarkeşin izlədiyi görüşlərdə ən yüksək göstərici “Sumqayıt” – “Qarabağ” (32-ci tur - 9300 tamaşaçı) və “Sumqayıt” – “Qəbələ” (36-cı tur - 9300 tamaşaçı) qarşılaşmalarında qeydə alınıb. Bu isə cari mövsümün rekordudur. Ən aşağı göstərici isə “Sumqayıt” – “Kəpəz” (25-ci tur - 800 tamaşaçı) matçında olub.

Qeyd edək ki, “Sumqayıt” son mövsümü 57 xalla dördüncü pillədə bitirib.