"Sumqayıt"da afrikalı futbolçu

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətə daha bir futbolçu qatıb.

Sportline.az xəbər verir ki, "kimyaçılar" Braziliyanın aşağı liqa təmsilçiləri - “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı toqolu futbolçu komandada “70” nömrəli formada çıxış edəcək.

Banner