"Sumqayıt"dan ayrılan futbolçu Danimarka klubunda
"Sumqayıt"dan ayrılan Masaki Muratanın yeni komandası müəyyənləşib.
Sportline.az xəbər verir ki, yaponiyalı futbolçu karyerasını Danimarkada davam etdirəcək.
O, "Vayle" klubu ilə anlaşıb.
Tərəflər arasında üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Murata 2023-cü il yanvar ayında "Sumqayıt"a keçmişdi.