Tacikistan boksçuları Bakıda Azərbaycan yığması ilə döyüşlər keçirib

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda səfərdədir.

Sportline.az xəbər verir ki, qonaqlar Bakı Boks Mərkəzində yerli yığma ilə birgə hazırlıq keçirlər.

Tacikistan boksçuları Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayıblar.

Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycana səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.