Tahir Hümmətov: "Bakıda beynəlxalq yarış keçiriləcək"

"Bakı möhtəşəm boks yarışı keçiriləcək. Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir maraqla gözlənilir".

Bunu Sportline.az saytına açıqlama verən Azərbaycan Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov deyib.

O, bildirib ki, hazırda boksçularımız müxtəlif yarışlarda qüvvələrini sınayırlar: "Qadın komandamız Hindistanda dünya çempionatında iştirak edir. Kişi idmançılarımız Qazaxıstanda təlim-məşq toplanışındadırlar. Gənclərdən ibarət millimiz isə Monteneqronun Budva şəhərində dünya kuboku uğrunda mübarizə aparırlar".