Tanınmış idman telejurnalisti "Xəzər"i ATV-yə dəyişdi
«Xəzər»TV-nin idman aparıcısı Ceyhun Rzayev iş yerini dəyişib.
Sportline.az xəbər verir ki, tanınmış telejurnalist fəaliyyətini bundan sonra ATV-də davam etdirəcək.
«Xəzər»TV-də 15 il çalışmış Rzayevi biz artıq ATV-də yayımlanan «Futbolumuz» verlişinin aparıcısı qismində görəcəyik.
C.Rzayev 20 ildən artıqdır ki, idman mediasındadır və bu sahənin üzdə olan isimlərindəndir. Yazılı mətbu orqandan TV-yə üz tutan jurnalistin ilk dəfə ANS-də efir almasını da xatırladaq.