Tanınmış mütəxəssis "Neftçi" ilə danışıqlara gəlir

Samir Abasovla vidalaşacağı gözlənilən "Neftçi" artıq baş məşqçi postuna namizədi də tapıb.

Sportline.az xəbər verir ki, paytaxt klubunun baş məşqçi postuna Viktor Qonçarenko təyin oluna bilər. 

Hətta 44 yaşlı məşqçi ilə artıq ilkin danışıqların aparıldığı da iddia edilir. Qonçarenkonun yaxın günlərdə Bakıya gəlməlisi ehtimal olunur.

Belə ki, “Neftçi” rəhbərliyi onunla ətraflı müzakirələr aparacaq. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunarsa, Qonçarenkonun “Neftçi” ilə müqavilə imzalaması uzun çəkməyəcək.

Qeyd edək ki, belaruslu mütəxəssis karyerası ərzində BATE, “Kuban”, “Ural”, ÇSKA, “Ufa” və “Krasnodar” klublarını çalışdırıb.