Tarixi döyüşün revanşı olacaq
22 sentyabrda baş tutan Entoni Coşua - Daniel Dübua döyüşünün yenidən təşkil olunacaqı bildirilib.
Sportline.az xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının (IBF) ağır çəkidə dünya çempionluğu uğrunda görüşündə Daniel Dübua həmyerlisi Entoni Coşuanı 5-ci raundda nokautla məğlub edərək titulunu qorumaqı bacarmışdı.
“Uembli” stadionunda təşkil olunan döyüşü 96000-dən çox azarkeşin izlədiyi bildirilmişdi.
Bu döyüşün revanşı barədə Matchroom Sport-un prezidenti Eddi Hörn açıqlama verib.
Qeyd edək ki, döyüşün nə zaman baş tutacaqı yaxın günlərdə açıqlanacaq.