Tarixi oyunun məkanı açıqlandı

Avropa və Cənubi Amerika çempionları arasında keçirilməsi planlaşdırılan görüşün məkanı bəlli olub. 

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Londonun "Uembli" stadionu İtaliya və Argentina milliləri arasında keçiriləcək xüsusi oyuna ev sahibliyi edəcək.

Bu iki qitə çempionlarının oyunu “finalissima” adlandırılıb. 

İlk dəfə keçiriləcək tarixi oyun iyunun 1-də keçiriləcək.