Tayson Fyuri - Aleksandr Usik: Favorit açıqlandı

Boks həvəskarlarını qarşıda maraqlı döyüş gözləyir.

Sportline.az xəbər verir ki, Tayson Fyuri ilə Aleksandr Usikin mütləq dünya çempionluğu uğrunda revanş döyüşünə sayılı günlər qalır.

Bu ərəfədə sabiq üçqat dünya çempionu Mayris Briedis bu qarşılaşma ilə bağlı proqnozunu açıqlayıb.

"Fyuri bu döyüşə daha ciddi yanaşsa, içməsə, əylənməsə, Usikin işi çətin olacaq. Əvvəlki döyüşdə imkanlar 50-nin 50-yə idi isə, indi 60-ın 40-a Fyurinin xeyrinədir". - deyə latviyalı boksçu öz "YouTube" kanalında fikrini bildirib.

Xatırladaq ki, Tayson Fyuri ilə Aleksandr Usikin revanş döyüşü dekabrın 21-də olacaq.

Əvvəlki qarşılaşmada ukraynalı boksçu hakimlərin qərarı ilə (113-115, 114-113, 115-112) qalib gəlmişdi.