Tayson Fyuridən təhqiramiz açıqlama

WBC versiyasında dünya çempionu Tayson Fyuri maraqlı açıqlama ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, superağır çəkili boksçu UFC-nin çempionları Con Cons və Fransis Nqanna "əlcək atıb".

Fyuri onların hər ikisi ilə eyni gündə rinqə çıxmağa hazır olduğunu deyib: "Eşitmişəm ki, Con Cons döyüşmək istəyir. Mən hazıram. Amma, bir təklifim var. Bəlkə, Cons və Fransislə eyni gündə münasibətləri aydınlaşdıraq? Bu səfillərin öhdəsindən asanlıqla gələrəm".

Qeyd edək ki, Fyuri ilə Cons arasında əvvəllər də söz davası olmuşdu.