Tedesko Kurtua məsələsinə aydınlıq gətirdi
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Tibo Kurtuanın millinin düşərgəsini nəyə görə tərk etdiyinə aydınlıq gətirib.
Sportline.az "RTBF"yə istinadla xəbər verir ki, çalışdırıcı hadisəni belə şərh edib: "Martda biz qərara aldıq ki, Kevin De Brüyne kapitan olacaq. Onunla yanaşı digər kapitanların da adını müəyyənləşdirmişdik. Seçim Tibo ilə Lukaku arasında aparılmışdı. Onlarla yanaşı Karrasko və Vertongen də var. Ümumi götürsək kimin kapitan olmasının mənim üçün elə də fərqi yoxdur. Əsas odur ki, məsuliyyəti üzərinə götürə bilən futbolçu olsun. Şənbə günü qərara aldıq ki, həmin gün Lukaku, növbəti oyunda isə Tibo kapitan sarğısı ilə meydana çıxsın. O, isə bunu özünə təhqir hesab edərək düşərgədən ayrılıb".
Qeyd edək ki, Tibo Kurtuanın De Brüynenin yoxluğunda sarğının ona etibar edilməməsindən qeyzlənərək bu addımı atdığı bildirilir.