Tərlan Əhmədov "Kəpəz"də

Yaşar Vahabzadə ilə yolları ayıran "Kəpəz"in yeni baş məşqçisi məlum olub.

Sportline.az Futbolpress.az saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tərlan Əhmədovla anlaşıb. Klub rəhbərliyi bu gün mütəxəssislə görüşüb və razılıq əldə edib. Əhmədov qısa zamanda "Kəpəz"in baş məşqçisi kimi açıqlanacaq.

Klub daha öncə Şahin Diniyevlə danışıq aparsa da, anlaşa bilməmişdi.

Əhmədov son olaraq "Şamaxı"nı (əvvəlki "Keşlə" - red.) çalışdırıb.

Banner