Teymur Rəcəbov boşanıb, xalq artistinin nəvəsi ilə nişanlandı

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Anna öz hesabında yazıb. O, Teymurla olan fotolarını paylaşaraq, şahmatçını nişanlısı olaraq qeyd edib.

Eyni zamanda, T.Rəcəbov da eyni şəkilləri hesabına yerləşdirib. Bununla da o, A.Maksakova ilə münasibətini təsdiqləyib.

Qeyd edək ki, T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onların bu evlilikdən Məryəm adlı qızı var.

Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.