Tokio 2020: 3 idmançımız finala yüksəldi
Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.
Sportline.az xəbər verir ki, qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik'ə qalib gələrək finala vəsiqə qazanıb.
Eyni zamanda 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Vanqı məğlub edərək finala yüksəlib.