Tokio-2020: ABŞ millisi ardıcıl 5-ci dəfə olimpiya çempionu olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların basketbol turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, finalda ABŞ və Yaponiya yığmaları üz-üzə gəliblər. Rəqibini 90:75 hesabı ilə məğlub edən "Arzular komandası" ardıcıl 5-ci dəfə olimpiya çempionu olub.

ABŞ millisinin heyətində ən məhsuldar oyunçu komandasına 30 xal qazandıran Brittni Qreyner olub. Onun komanda yoldaşları Syu Byord və Dayana Taurazi isə ardıcıl 5-ci olimpiadada qızıl medal qazanan basketbolçular kimi tarixə düşüb.

Bu, həm kişi, həm də qadın basketbolçular arasında rekord göstəricidir.