Tokio 2020: ABŞ millisi çempion oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında basketbol üzrə olimpiya çempionu məlum olub.

Sportline.az xəbər verir ki, bu titula ardıcıl dördüncü dəfə ABŞ millisi sahib çıxıb.

"Arzular komandası" finalda Fransa yığmasını 87:82 hesabı ilə məğlubiyyətə uğradıb.

Avropa təmsilçisi 2000-ci ildən sonra ilk dəfə olimpiadanın finalında oynayıb. Fransızlar həmin olimpiadada da ABŞ seçməsinə uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, üçüncü yer uğrunda qarşılaşmada Sloveniya və Avstraliya komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 15:00-da start götürəcək. Qadınların yarışında finalda ABŞ Yaponiya ilə, bürünc medal oyununda isə Fransa Serbiya ilə görüşəcək.