Tokio-2020: Avstraliya komandası özlərinə məxsus rekordu yenilədi
Avstraliyanın qadınlardan ibarət üzgüçülük komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, yığma 4x100 metr sərbəst estafetdə dünya rekordunu da yeniləyib.
Komanda məsafəni 3 dəqiqə 29,69 saniyəyə qət edib. Əvvəlki dünya rekordu da məhz bu ölkəyə məxsus olub.
Avstriyalılar 2018-ci ildə yarışı 3 dəqiqə 30,05 saniyəyə bitirmişdi.