Tokio 2020: Azərbaycan üçün daha beş medal şansı

Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.

Sportline.az xəbər verir ki, Paralimpiadanın altıncı günündə beş idmançımız mübarizə aparacaq. 

Uzunluğatullanma üzrə bir kateqoriyada iki təmsilçimiz - Səid Nəcəfzadə və Kamil Əliyev yarışacaq.

Avqustun 27-də nüvəitələmədə medalsız qalan Oyunların açılış mərasimindəki bayraqdarımız Oloxan Musayev diskatmada məqsədinə çatmağa çalışacaq.

Pauerliftinq yarışlarının son günündə isə Elşən Hüseynov və Şamo Aslanov gücünü sınayacaq.

Qeyd edək ki, Azərbaycan komandasının hesabında  9 "qızıl", 3 "bürünc" var. Millimiz medal sıralamasında 163 ölkə arasında yeddinci yerdə qərarlaşıb. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.

30 avqust

04:30. Atletika, kişilər. Uzunluğatullanma, T12 kateqoriyası. Final. Səid Nəcəfzadə
04:30. Atletika, kişilər. Uzunluğatullanma, T12 kateqoriyası. Final. Kamil Əliyev
04:35. Atletika, kişilər. Diskatma, F56 kateqoriyası, Final. Oloxan Musayev
06:00. Pauerliftinq, kişilər. 107 kiloqram çəki dərəcəsi, final. Elşən Hüseynov 
13:30. Pauerliftinq, kişilər. +107 kiloqram çəki dərəcəsi, final. Şamo Aslanov