Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Sportline.az xəbər verir ki, kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib.
Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlsə də, növbəti raundda qırğızıstanlı Akjol Mahmudova uduzub. Lakin rəqibi finala çıxdığından, Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında ermənistanlı Karapet Çalyana rəqib olacaq.
Qadınların mübarizəsində isə Elis Manolova 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə bacarmayıb. Lakin rəqib finala yüksəldiyindən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb. O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir.
Beləliklə, Azərbaycanın 27 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 2-si medal qazana bilib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)
Boks: Alfonso Dominges (81 kq) (bürünc)
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Atıcılıq: Ruslan Lunyov
Çıxışını davam etdirənlər
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq)
Qadın güləşi: Elis Manolova (68 kq)
Gözləyənlər
Sərbəst güləş: Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)
Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)
Qadın güləşi: Mariya Stadnik (50 kq)
Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova
Bədii gimnastika (qrup hərəkətləri): Yelizaveta Luzan, Darya Sorokina, Məryam Səfərova, Ləman Əlimuradova, Zeynəb Hummatova, Marina Nekrasova
Atletika: Nazim Babayev (üç təkanla tullanma)
Karate: Firdovsi Fərzəliyev (67 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).