Tokio-2020: Boksçu Taysonu təqlid etmək istədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları zamanı qeyri-adi hadisə baş verib.

Sportline.az xəbər verir ki, Yunes Baala (Mərakeş) və Devid Nyika (Yeni Zelandiya) arasındakı 1/8 final görüşündə mərakeşli idmançı rəqibinin qulağını dişləməyə çalışıb. Təkrar kadrlarda da Baalanın bu istəyi açıq-aşkar görünüb.

Buna görə idmançıya heç bir cəza verilməyib. Döyüş Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1997-ci ildə ABŞ-ın peşəkar boksçusu Mayk Tayson həmyerlisi Evander Holifildlə döyüş zamanı onun qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib.