Tokio 2020: Braziliya millisi olimpiya çempionu oldu
Futbol üzrə Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Sportline.az xəbər verir ki, "sambaçılar" finalda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Mateus Kunya hesabı açıb. 61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb. Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub.
Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.